EN

"Parnik"ə işləməyə gedən qadınların olduğu mikroavtobus qəzaya düşüb - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qəzaya uğrayan mikroavtobusun istixanada çalışan qadınları daşıdığı və xəsarət alanların da həmin şəxslər olması məlum olub.

Chosen
68
mia.az

1Sources