Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mia.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qəzaya uğrayan mikroavtobusun istixanada çalışan qadınları daşıdığı və xəsarət alanların da həmin şəxslər olması məlum olub.