EN

Lənkəranda tanınmış vəkil QƏZAYA DÜŞDÜ – FOTO

Lənkəranda tanınmış vəkil yol qəzasına düşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında baş verib. 

Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" Discovery markalı avtomobil ilə "KİA" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. 
 

Qeyd edək ki, o, Lənkəranda tanınmış vəkildir və həmçinin məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.


Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media , Cənub bürosu

Chosen
29
10
bizim.media

10Sources