AZ

Məşhur müğənni qəzaya düşən vəkil qohumundan danışdı - FOTO

Müğənni Cavad Rəcəbov qəzaya düşən vəkil qohumundan danışıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”ə açıqlama verən sənətçi bildirib ki, yeznəsi, vəkil Elçin Ağayevin səhhəti hazırda yaxşıdır:

"Qohumum xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həkimlər ciddi bir narahatçılığı olmadığını deyirlər. Vəziyyəti yaxşı olacaq".

Fotoda: Müğənni Cavad Rəcəbov və Elçin Misir oğlu Ağayev

Məşhur

***

Lənkəran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin "Kiçik Bazar" ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" markalı maşınla KIA markalı minik avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.



Seçilən
18
12
avtosfer.az

10Mənbələr