EN

Qüdsdə atışmada 6 nəfər həlak olub

Qüdsün şimalında baş verən atışma nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Ölkə.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə birgə mətbuat konfransında bildirib.

"Bu səhər Qüdsdə dəhşətli terror aktı törədilib. İndiyədək 6 israilli həlak olub, çoxlu yaralı var, o cümlədən onların arasında hamilə qadın da var", - İsrailin XİN rəhbəri deyib.

O əlavə edib ki, hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hücumun arxasında iki fələstinli dayanır. Onlar Yerusəlimin şimal kənarında sərnişin avtobusuna atəş açıblar.

Həmidə İbrahimova

Chosen
75
1
olke.az

2Sources