EN

24 yaşında patron oldu

Ailəsi inanmadı, amma o yüzlərlə yaxtanı bir araya gətirdi

 Türkiyənin Üsküdar bölgəsində sahibkar Mert Güler, lise illərində təşkil etdiyi yaxta partilərindən ilham alaraq “Teknevia” platformunu qurub. Ailəsi onun kompüterdə oyun oynadığını düşünərkən, o yüzlərlə qayığı bir araya gətirən sistemi qurub.

Sherg.az xəbər verir ki, İTÜ-də gəmiçilik təhsili alsa da, bu sahənin özünə uyğun olmadığını anlayan Güler, bütün riskləri gözə alaraq startap yolunu seçdi. Əvvəl ailəsini inandırmaqda çətinlik çəkdi, çünki dostları 4 min dollar maaş qazanarkən o, gəlirsiz şəkildə işini qurmağa çalışırdı.


Onun platforması ilə yaxta icarəsində qiymətlər şəffaf göstərilir və bunun sayəsində insanların “çox bahalı” hesab etdiyi bu xidmətin əslində daha əlçatan olduğu üzə çıxıb. Güler indi yalnız saatlıq deyil, həm də Ege və Akdenizdə günlük və həftəlik turlara yönəlməyi planlaşdırır.

“Əsas məqsədim istifadəçilərin rahatlıqla seçim edib rezervasiya edə bilməsidir. Yaxta kirayə prosesini sadələşdirməyə çalışırıq” - deyə Güler bildirir.

O, gənclərə də məsləhət verir: “Özünüzü yaxşı tanıyın, güclü və zəif tərəflərinizi bilin. Texnologiya işinə girmək istəyirsinizsə, doğru komanda qurmaq çox vacibdir.”



Chosen
56
sherg.az

1Sources