EN

Lənkəranda vəkil qəzaya düşdü - FOTOLAR

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində “Land Rover” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Land Rover”in sürücüsü, 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lənkəranda tanınmış vəkil olan E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.

​​​​​​"Cebheinfo.az" 

Chosen
29
3
cebheinfo.az

7Sources