EN

Şahin Mustafayev Çinə gedir

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, bu gün Baş nazirin müavini Şahin Mustafayev 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət sərgisində iştirak etmək üçün Çinə yola düşəcək, Çin-Azərbaycan ikitərəfli investisiya Forumuna və Çin-Azərbaycan investisiya əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclasına sədrlik edəcək.

​​​​​​"Cebheinfo.az" 

Chosen
27
9
cebheinfo.az

10Sources