Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne dünya çempionatının seçmə mərhələsində Qazaxıstana qarşı keçirilən oyunda (6:0) dubl edib.
Publika.az xəbər verir ki, "Napoli"nin futbolçusu yığmada 33-cü və 34-cü qollarını vuraraq ən yaxşı bombardirlər siyahısında ikinci yerə yüksəlib. O, 33 qolu olan Eden Hazardı geridə qoyub.
Siyahıya 89 qolla Romelu Lukaku başçılıq edir.