"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan Bilbao "Atletik"inin müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.
Alvaresin ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra verdiyi dopinq testi müsbət nəticələnib.
Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı ilin 2 aprel tarixində başa çatacaq.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.