AZ

"Qarabağ"ın rəqibinin futbolçusu 10 ay müddətinə diskvalifikasiya edildi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan Bilbao "Atletik"inin müdafiəçisi Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

Alvaresin ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra verdiyi dopinq testi müsbət nəticələnib.

Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı ilin 2 aprel tarixində başa çatacaq.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Seçilən
21
fanat.az

1Mənbələr