EN

ABŞ ilə müharibə hazırlığı: Ölkədə səfərbərlik elan edildi

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib hövzəsində hərbi mövcudluğunu artırdığını əsas gətirərək, ordunu daha da gücləndirmək üçün yeni qərarlar qəbul etdiyini açıqlayıb.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, Maduro ilk dəfə olaraq ölkə daxilində 15 751 xalq müdafiə bazası və 5 336 milis birliyinin səfərbər ediləcəyini bəyan edib.

Prezident vətəndaşların rəqəmsal platforma vasitəsilə bu məqsədlə qeydiyyatdan keçməyə davam etdiyini qeyd edərkən, təlim keçmiş təxminən 4,5 milyon insanın, eləcə də könüllülərin əlavə edilməsi ilə bu sayın 8 milyonu keçəcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Latın Amerikası narkotik kartelləri ilə mübarizə məqsədi daşıdığı iddia edilən bir icra sərəncamında ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş verib.

Vaşinqtonda Maduronun on ildən artıqdır ABŞ-yə narkotik qaçaqmalçılığından məsul olan “Cartel de los Soles”ə rəhbərlik etdiyi iddia edilir. İyulun 25-də ABŞ Maliyyə Nazirliyi “Cartel de los Soles”i “qlobal terrorçu” kimi tanıyıb.

Avqustun 8-də ABŞ administrasiyası Maduronun həbsinə və ya mühakimə olunmasına səbəb olan məlumat üçün mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəltdiyini açıqlayıb.

Avqustun 18-də Maduro ABŞ-nin mümkün müdaxiləsi ilə bağlı açıqlama verib: “Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz, Cənubi Amerikanın müqəddəs torpaqlarına da toxunmamalıdır”.

Trampın göstərişi ilə avqustun 28-də Venesuela sahilləri yaxınlığındakı Karib bölgəsinə bir sualtı və 7 döyüş gəmisindən ibarət dəniz qrupunun yola düşdüyü bildirilib.

Chosen
66
1
bakuinfo.net

2Sources