Macarıstan və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Piter Siyarto özünün “X” hesabında məlumat verib.
“Macarıstan-Ukrayna əlaqələrini müzakirə etmək üçün bu həftə Andrey Sibiqa ilə Budapeştdə görüşəcəyik. Biz dialoqa inanırıq və danışıqlar üçün hazırıq. Amma top Ukraynadadır: Yalnız Zakarpatyedə yaşayan macarların tapdalanan hüquqlarının bərpa edilməsindən sonra həqiqi irəliləyiş əldə oluna bilər”, - Siyarto qeyd edib.
"Cebheinfo.az"