Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, RayonPolis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisərəhbərlərinin iştirakı ilə Qadaşoba kəndində səyyar qəbulkeçirib.
Trend xəbərverir ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Qadaşoba, Qımılqışlaq, Mollabürhanlı,Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Ağarəhimoba, Şıxlar vəHacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərinhəlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatınınbərpası, yolların təmiri və məktəb binasının yenilənməsi ilə bağlımüraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.