Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Sosial şəbəkələrdə kişinin atasını döyməsi ilə bağlı video yayılıb. Fakt üzrə cinayət işi başlanıb”, – məlumatda qeyd olunub. Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. “Hadisənin bütün halları araşdırılır. Zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir, nəticələrə uyğun olaraq müvafiq qərar veriləcək. Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, istintaqın maraqları naminə digər məlumatlar açıqlana bilməz”, – DİN bildirib.