Bakı. Trend:
Rusiyalı iş adamı Samvel Karapetyanın həbs müddəti uzadılıb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədəbiznesmenin vəkili Aram Vardevanyan məlumat yayıb.
“Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanıhəbsdə qoyub”, – vəkil bildirib.
Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi “Taşir”Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cariilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıqçağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıqhəbs-qətimkan tədbiri seçilmişdi.
Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yollasilah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışavermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.