EN

Gürcüstan hökumətindən milli komandaya milyonluq sürpriz...

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstan hökuməti kişilər arasında basketbol üzrə Avropa çempionatının 1/8 finalında millinin Fransa yığması üzərində sensasiyalı qələbəsini (80:70) diqqətdən kənarda qoymayıb və bu nailiyyəti pul mükafatı ilə qeyd etməyi qərara alıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

"Basketbolda tarixi nəticə əldə etdiyimiz üçün onu hökumətin müvafiq pul mükafatı ilə qeyd etmək istərdim. Artıq əldə edilmiş uğura və EuroBasket-də hər növbəti qələbəyə görə 3 milyon lari (təxminən 1 milyon 114 min dollar) ayırmaq niyyətindəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
2
axar.az

3Sources