EN

Yasamalda gecə saatlarında tikinti səsindən sakinlər NARAZIDIR

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən Melissa Park yaşayış kompleksi yaxınlığında aparılan tikinti işləri ilə bağlı sakinlər şikayət edirlər.

BAKU.WS-ə daxil olan şikayətdə bildirilir ki, tikinti şirkəti gecə saatlarında qaydalara zidd olaraq işləri davam etdirir:

"Saat 23:41-dir, hələ də işləyirlər. Özləri qayda qoyublar ki, saat 21:00-dan sonra təmir işlərinin aparılması qadağandır, amma indi bu qaydanı özləri pozurlar. Səs-küydən yata bilmirik", – deyə sakin qeyd edib.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışırıq.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
baku.ws

2Sources