Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən Melissa Park yaşayış kompleksi yaxınlığında aparılan tikinti işləri ilə bağlı sakinlər şikayət edirlər.
Far.Az-ə daxil olan şikayətdə bildirilir ki, tikinti şirkəti gecə saatlarında qaydalara zidd olaraq işləri davam etdirir:
"Saat 23:41-dir, hələ də işləyirlər. Özləri qayda qoyublar ki, saat 21:00-dan sonra təmir işlərinin aparılması qadağandır, amma indi bu qaydanı özləri pozurlar. Səs-küydən yata bilmirik", – deyə sakin qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışırıq.
Şahanə Xankişiyeva