Bakının Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, suyun verilməsi 8 sentyabr saat 22:00-dan etibarən dayandırılacaq.
Suyun verilişi, 9 sentyabr tarixində gün ərzində fasiləli şəkildə bərpa olunacaq.