Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
Bu barədə “La Jornada” nəşri xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 07:00 radələrində federal magistral yolunda baş verib. Avtobusda 50 nəfər olub. Ən azı 10 sərnişin ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili yardım briqdaları gəliblər. Yaralananlar xəstəxanalara çatdırılıb.