EN

DÇ-2026: İsrail - İtaliya matçında 9 qol

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, B, C, I və L qrupları çərçivəsində ümumilikdə 7 qarşılaşma baş tutub.

9 qolun qeydə alındığı İsrail – İtaliya matçında qonaqlar çətin qələbəyə seviniblər. Danimarka millisi Yunanıstanı, İsveçrə yığması Sloveniyanı, Xorvatiya isə Monteneqronu böyük hesabla məğlub edib.

DÇ-2026-nın seçmə mərhələsi
8 sentyabr

B qrupu

Kosovo – İsveç 2:0
Qollar: Rexbeçay, 26. Muriqi, 42.

İsveçrə – Sloveniya 3:0
Qollar: Elvedi, 18. Embolo, 33. Ndoye, 38.

Xal: İsveçrə – 6. Kosovo – 3. İsveç – 1. Sloveniya – 1.

C qrupu

Belarus – Şotlandiya 0:2
Qollar: Adams, 43. Volkov, 65-öz qapısına.

Yunanıstan – Danimarka 0:3
Qollar: Damsqard, 32. Kristensen, 62. Höylund, 81.

Xal: Danimarka – 4. Şotlandiya – 4. Yunanıstan – 3. Belarus – 0.

I qrupu

İsrail – İtaliya 4:5
Qollar: Lokatelli, 16-öz qapısına. D.Perets, 52; 89. Bastoni, 87-öz qapısına – M.Kin, 40; 54. Politano, 59. Raspadori, 81. Tonali, 90+1.

Xal: Norveç – 12. İtaliya – 9. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

L qrupu

Cəbəllütariq – Farer adaları 0:1
Qol: Aqnarsson, 68.

Xorvatiya – Monteneqro 4:0
Qollar: Yakiç, 35. Kramariç, 51. E.Kuç, 85-öz qapısına. Perişiç, 90+2.

Xal: Çexiya – 12. Xorvatiya – 12. Farer Adaları – 6. Monteneqro – 6. Cəbəllütariq – 0.

error: Məzmun qorunur!
Chosen
61
2
arena.az

3Sources