Ukraynanın dağ-mədən və metallurgiya kompleksinin tullantıları ABŞ üçün xammal mənbəyinə çevrilə bilər.
APA "Strana.ua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini, Amerika–Ukrayna İnvestisiya Fondunun idarə heyətinin üzvü Yeqor Perelıgin məlumat verib.
"Onilliklər boyu yük hesab edilən bu tullantılar əslində yeni xammal bazasıdır. Yeni müəssisələrin açılmasına ehtiyac qalmadan akkumulyatorlar, elektronika, aviasiya və müdafiə sənayesi üçün strateji metallar əldə edə bilərik”.