Bakı. Trend:
Sakit okeanda Ficinin paytaxtı Suvadan 597 km cənub-qərbdə 6,2bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Geofizika XidmətininAltay-Sayan filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Vanuatu ada dövlətinin birhissəsi olan Tannu adasından təxminən 471 km aralıda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı”kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti isə öz növbəsində zəlzələnin maqnitudasını6,4 bal gücündə qiymətləndirib. Onun məlumatına görə, zəlzələninocağı 10 km dərinlikdə olub.