EN

Meksikada qatarla avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 61 nəfər yaralanıb

BAKL, 9 sentyabr. TELEQRAF

Meksikada qatarın ikimərtəbəli avtobusla toqquşması nəticəsində 10 nəfər ölüb, 61 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Times Live" nəşri məlumat yayıb.

Bildirilir ki, ikimərtəbəli sərnişin avtobusunun hərəkətdə olan qatarın qarşısından keçməyə çalışıb və bu zaman qəza baş verib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, toqquşma paytaxt Mexikodan 115 km şimal-qərbdə yerləşən Atlacomulco şəhəri ilə yaxınlıqdakı Miçoakan əyalətinin Maravatio şəhəri arasındakı avtomobil yolunda sənaye zonasında baş verib.

Xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu, digərlərinin isə tez bir zamanda xəstəxanadan evə buraxıldığı bildirilir.

Chosen
79
teleqraf.com

1Sources