EN

Trampdan ukraynalı qaçqının ABŞ-da öldürülməsinə reaksiya: Qanı onların əlindədir

Donald Tramp Ukraynadan olan qaçqının ABŞ-da öldürülməsinə reaksiya verib.

Publika.az xəbər verir ki, Tramp onun “qanının demokratların əlində olduğunu” qeyd edib.

ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb:

"Ukraynadakı amansız müharibədən xilas olmaq üçün Amerikaya gələn və Şimali Karolina ştatının Şarlotta şəhərində metroya minən və psixi vəziyyəti pozulmuş bir dəlinin vəhşicəsinə hücumuna məruz qalan gözəl ukraynalı gənc qaçqının dəhşətli videosuna baxdım".

Yazıda Tramp qeyd edib ki, hücum edən şəxs 14 dəfə saxlanılaraq sərbəst buraxılan “cinayətkar” olub.

Chosen
69
publika.az

1Sources