EN

Azərbaycan millisi Bolqarıstan seçməsi ilə üz-üzə

Bu gün Azərbaycanın U-21 yığma komandası AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun II turunda növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, baş məşqçinin köməkçisi Elnur Çodarovun rəhbərliyi altında çıxış edəcək yığma komandamız bu dəfə doğma meydanda Bolqarıstan U-21 komandası ilə qarşılaşacaq.

Görüş saat 18:00-da “Dalğa Arena”da start götürəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələdə ilk oyununu Portuqaliya ilə keçirərək 0:5 hesabı ilə məğlub olmuşdu.

B qrupunun digər oyunları:

Saat 15:00, Cəbəllütariq U-21 – Çexiya U-21;

Saat 22:00, Şotlandiya U-21 – Portuqaliya U-21.

Chosen
36
1
editor.az

2Sources