Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Sabahinfo.az-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər:
"Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır.
NÉ™qliyyatı İntellektual İdarÉ™etmÉ™ MÉ™rkÉ™zinin É™mÉ™kdaÅŸları tÉ™rÉ™findÉ™n paytaxtda yerləşən tÉ™hsil müəssisÉ™lÉ™rinin É™trafında, yaxın küçə vÉ™ prospektlÉ™rdÉ™ müşahidÉ™ kameraları vasitÉ™silÉ™ yollar nÉ™zarÉ™tdÉ™ saxlanılır. NÉ™qliyyat sıxlığının yaranmasına sÉ™bÉ™b olan hallar olduÄŸu zaman yol polisinÉ™ mÉ™lumat verilmÉ™si ilÉ™ yanaşı, müxtÉ™lif istiqamÉ™tlÉ™r üzrÉ™ svetoforlara "yaşıl dalÄŸa" rejimi tÉ™tbiq edilÉ™cÉ™k.Â
Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar".