EN

Politoloq: Putin məcbur danışıqlar masasına gələcək...

Trampın Alyaskada Vladimir Putinlə görüşü, əksəriyyətin düşündüyü kimi, Ukrayna böhranının yumşaldılmasına yox, əksinə, Kreml sahibinin daha sərt mövqelərini nümayiş etdirməsinə zəmin yaradıb...

Azər Qasımov: “Tramp dünya siyasətində ağırlıq mərkəzinin etalon kütlə vahididir”.

“Dünya siyasətində söz sahibi olmaq tək hərbi amillərlə yox, eyni zamanda, texnologiya yaradan, maliyyə mərkəzləri olan, dünya səviyyəli istehsal və enerji şirkətlərinə sahib olmaqla ölçülür. Bu baxımdan Rusiyanın cəbhədə kiçik qələbələri hələlik heç nə həll etmir”.

Bu sözləri politoloq Azər Qasımov Tramp-Putin görüşündən sonra yaranan fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Beynəlxalq münasibətlər sistemində ABŞRusiya qarşıdurması hər zaman qlobal sabitliyin əsas determinantlarından biri olub. Son aylarda Trampın prezidentliyə qayıdışı ilə dünya siyasətində gözləntilər və proqnozlar daha da kəskinləşib. Trampın Alyaskada Vladimir Putinlə görüşü, əksəriyyətin düşündüyü kimi, Ukrayna böhranının yumşaldılmasına yox, əksinə, Kreml sahibinin daha sərt mövqelərini nümayiş etdirməsinə zəmin yaradıb. Analitiklərin fikrincə, bu görüşdən sonra cəbhədə vəziyyət Rusiya xeyrinə dəyişməyə başlayıb və Qərbin yeganə çıxış yolu Ukraynaya hərbi dəstəyin daha da gücləndirilməsi ola bilər.

Tramp–Putin dialoqu qlobal güc balansı dəyişirmi və bu dialoqdan hansı tərəf daha çox qazanclı çıxır?

Mövzunu Poliqon-nun əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ukraynaya veriləcək xüsusi silahlar müharibədə dönüş etmək gücündə olacaq”.

Trampın bu məsələdə dəstəyinin həlledici rol oynayacağını düşünən politoloq Poliqon-a bildirib ki, Tramp digər sələfi kimi oyun oynamayacaq:

“Tramp dünya siyasətində ağırlıq mərkəzinin etalon kütlə vahididir. O dünya siyasətində açıq və aydın şəkildə öz çəkisini, daha doğrusu ABŞ-nin siyasi və hərbi çəkisini hamıya göstərən, bunu nə qədər də bayağı və şit şəkildə etsə də, amma reallığı göstərməsi baxımından mərkəzi fiqurdur.

Dünya siyasətində söz sahibi olmaq tək hərbi amillərlə yox, eyni zamanda, texnologiya yaradan, maliyyə mərkəzləri olan, dünya səviyyəli istehsal və enerji şirkətlərinə sahib olmaqla ölçülür. Bu baxımdan Rusiyanın cəbhədə kiçik qələbələri hələlik heç nə həll etmir. Qərbin isə məğlub olması onun dünya hegemonluğu iddiasına ziddir. Qərb sadəcə hesab edir ki, Ukrayna Rusiyaya qalib gələ bilməz. Ona nə qədər də hərbi dəstək verilərsə belə qalib gələ bilməz. Çünki özünün Rusiya ilə döyüşmək fikri yoxdur.

Azər Qasımov: “Həlledici dövr Ukraynaya ciddi hərbi dəstəkdən sonra bəlli olacaq”.

Amma Ukraynanın bu barədə nə fikirləşdiyi həmişə həlledici olub, xüsusən də, Ukrayna Prezidenti Volodimir Zelenskinin. Hesab edirəm ki, hələ müharibə həlledici dövrünə daxil olmayıb. Həlledici dövr Ukraynaya ciddi hərbi dəstəkdən sonra bəlli olacaq. Ukrayna bundan sonra fikrini qətiləşdirə biləcək.

Trampın bu məsələdə dəstəyi həlledici rol oynayacaq. O, digər sələfi kimi oyun oynamayacaq. Ukraynaya veriləcək xüsusi silahlar müharibədə dönüş etmək gücündə olacaq. Putin bundan sonra məcbur danışıqlar masasına gələcək”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
25
poliqon.info

1Sources