EN

Asiya dünya üzrə təbii fəlakətlərin 70 faizinə şahid olur - Iftekhar Anis

Bakı. Trend:

Bu gün müxtəlif çağırışlar Asiyanın təhlükəsizlik mənzərəsini,dərin əlaqələnmiş və zəif sərhədlərini, regional qapalısistemlərini və bu təhlükələrdən doğan milli müdafiə ehtiyaclarınıortaya qoyur.

Trend xəbərverir ki, bu sözləri Beynəlxalq və Strateji Araşdırmalarİnstitutunun baş direktoru General-mayor Iftekhar Anis AQEM BeyinMərkəzləri Forumunun 13-cü toplantısı zamanı çıxış edərkəndeyib.

O bildirib ki, yalnız ənənəvi təhlükələr deyil, qeyri-ənənəvitəhlükələr də çoxalır:

"Asiya dünya üzrə təbii fəlakətlərin 70 faizinə şahid olur.Təkcə Cənubi Asiyada 2050-ci ilə qədər 40 milyona yaxın insanınköçkün düşəcəyi proqnozlaşdırılır. 2020-ci ildən bəri Asiyadakiberhücumlar hər il 30 faizdən çox artaraq kritik infrastruktur vəmaliyyə sistemlərini hədəfə alır.

Qlobal təchizat zəncirinin pozulması və Şimali Asiyadakımünaqişələrdən doğan diplomatik qeyri-sabitlik cəmiyyətlərimizdəkisiyasi strategiyalara birbaşa təsir göstərir"

"Bu kimi təhlükələr qarşısında, təhlükəsizlik mövzusundaqarşılıqlı əməkdaşlıq təkcə hərbi yanaşmalarla kifayətlənməməli,qeyri-sabitliyin sosial-iqtisadi köklərinə də toxunmalıdır"- deyə oəlavə edib.

Chosen
30
az.trend.az

1Sources