Xalq artisti Sərdar Fərəcova kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub...
Zəruri laborator və instrumental müayinələr icra olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir.
Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Poliqon.info