AZ

Xalq artisti Sərdar Fərəcovun durumu ağırdır -TƏBİB


Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

06.09.2025-ci il tarixində saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Huşu aydın, hemodinamik göstəriciləri stabildir.


Seçilən
19
25
medicina.az

10Mənbələr