EN

Kolleclərə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat başlanır

Bakı, 9 sentyabr, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da başlanılacaq.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 17-si saat 18:00-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcək.

Chosen
19
50
azertag.az

10Sources