Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da başlanılacaq.
Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat sentyabrın 17-si saat 18:00-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcək.