RU

Kolleclərə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat başlanır

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da başlanılacaq.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 17-si saat 18:00-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcək.

Избранный
29
50
operativmm.az

10Источники