EN

Bakı metrosunda yeni ödəniş üsulu olacaq

Azərbaycanda metroda biometriya (insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması - red.) ödəniş edilməsi ilə bağlı Bakı Metropoliteni ilə danışıqlar aparılır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi ilə bağlı "AZİNTELECOM"un  təşkilatçılığı keçirilən "Rəqəmsal xidmətlər mətbuatın gözü ilə" mövzusunda tədbirdə məlumat verilib.

Qurumun kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bildirib ki, avtobuslarda bu sistemin tətbiqi əsasən mümkün deyil. Buna səbəb açıq havada texniki, hava şəraiti və digər problemlərdir.

O da qeyd edilib ki, üztanınma ilə ödəniş xüsusi rahatlıq verir və dünyada getdikcə yayılır.  

Chosen
166
1
cebheinfo.az

2Sources