EN

Kayrat Sarıbay: Azərbaycanla Ermənistan arasında sülh qlobal miqyasda əməkdaşlığa töhfə verəcək

AQEM-in Baş Katibi Kayrat Sarıbay Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır.

Baş katib APA-ya deyib ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq iri iqtisadi layihələri həyata keçirməyə geniş imkanlar açır.

“İlk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəndə ona təşəkkür etdim. Çünki onun səyləri nəticəsində Cənubi Qafqazda münaqişələrdən biri azaldı. Beləliklə, Azərbaycan artıq konstruktiv və sülhpərvər siyasətə köklənən bilər. Cənubi Qafqazda sülh və əmin-amanlıq iri iqtisadi layihələri həyata keçirməyə geniş imkanlar açır. Odur ki, iki ölkə arasında əldə olunan sülh nəinki regional, həmçinin qlobal miqyasda əməkdaşlığa töhfə verəcək”, - Baş katib vurğulayıb.

Chosen
28
apa.az

1Sources