EN

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiyada məhkəmə Azərbaycanın sorğusu əsasında terror məqsədilə təlimlər keçirməkdə, cinayətkar birliyi təşkil etməkdə və silahlı dəstələr yaratmaqda ittiham olunan şəxsin həbsinə qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti məhkəmə materiallarına istinadla məlumat yayıb.

Bildirilir ki, həmin şəxs barəsində Azərbaycanda qiyabi həbs qərarı çıxarılıb və o, beynəlxalq axtarışa verilib. Azərbaycan tələb olunan sənədləri təqdim edib, bundan sonra isə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmin şəxs saxlanılıb.

Moskva məhkəməsi həmin şəxsin həbsinə qərar çıxarıb. Məlumatlarda onun hansı ölkənin vətəndaşı olduğu qeyd olunmasa da, sözügedən şəxsin Rusiya pasportu olmadığı vurğulanıb

Bizim.Media

Chosen
14
bizim.media

1Sources