EN

Bu gün iPhone 17 təqdim olunacaq

"Apple"ın təqdim edəcəyi ultra-nazik iPhone 17 Air bu mövsüm şirkətin ən çox tələb olunan smartfonu olacaq.

Gundem.az xəbər verir ki, bu gün Amerika nəhəngi dörd model: iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max təqdim edəcək. 

Forrester-in baş analitiki Dipancan Çatterci bildirib ki, iPhone 17 Air-in populyarlığının əsas səbəbi dizayn dəyişikliyi olacaq: "Uzun müddətdir cihazlarda ciddi forma yeniliyi görməmişik, yalnız xırda dəyişikliklər olub".

Mütəxəssislər Air modelini həm də gələn il gözlənilən ilk qatlanan iPhone-a gedən yolda "körpü" adlandırıblar. Deepwater Asset Management şirkətinin idarəedici tərəfdaşı Cin Mansterin sözlərinə görə, iPhone 17 Air ucuz olmayacaq, lakin iş üçün kifayət qədər yaddaş təklif edəcək. Onun fikrincə, Apple-ın xərcləri artır, buna görə də şirkət qiymətləri aşağı saxlaya bilmir.

Chosen
15
28
gundem.az

10Sources