ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Apple"ın təqdim edəcəyi ultra-nazik iPhone 17 Air bu mövsüm şirkətin ən çox tələb olunan smartfonu olacaq.
Milli.Az xəbər verir ki, bu gün Amerika nəhəngi dörd model: iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max təqdim edəcək.
Forrester-in baş analitiki Dipancan Çatterci bildirib ki, iPhone 17 Air-in populyarlığının əsas səbəbi dizayn dəyişikliyi olacaq: "Uzun müddətdir cihazlarda ciddi forma yeniliyi görməmişik, yalnız xırda dəyişikliklər olub".
Mütəxəssislər Air modelini həm də gələn il gözlənilən ilk qatlanan iPhone-a gedən yolda "körpü" adlandırıblar. Deepwater Asset Management şirkətinin idarəedici tərəfdaşı Cin Mansterin sözlərinə görə, iPhone 17 Air ucuz olmayacaq, lakin iş üçün kifayət qədər yaddaş təklif edəcək. Onun fikrincə, Apple-ın xərcləri artır, buna görə də şirkət qiymətləri aşağı saxlaya bilmir.
İsmayıl
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.