EN

Bu il Azərbaycan vasitəsilə Çinə 450 blok qatarın göndərilməsi planlaşdırılır

Bakı. Trend:

Azərbaycan vasitəsilə Çinə ortamüddətli perspektivdə illik 1000blok qatarın göndərilməsi planlaşdırılır.

Trend xəbərverir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz ƏliyevAvropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu –Bakı) qarşılanma mərasimi çərçivəsində keçirilən tədbirdədeyib.

O bildirib ki, Azərbaycanla Çin arasında əlaqələr tarixi köklərədayanır: "Azərbaycanın İpək Yolu kimi strateji marşrutun üzərindəyerləşməsi iki ölkə arasında ticarət, iqtisadi, mədəni, siyasimünasibətlərin daha da inkişaf etdirilməsinə münbit zəmin yaradıb.Son bir neçə ildə Azərbaycanla Çin arasında əməkdaşlıq stratejitərəfdaşlıq səviyyəsinə qalxıb, mühüm keyfiyyət və kəmiyyətparametrləri qazanıb. Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənubarasında strateji mövqedə yerləşməsi onun regional, qlobaləməkdaşlığın mühüm həlqəsinə çevirib. Azərbaycan qitələrarasınəqliyyat və ticarət bağlantılarının mühüm tərkib hissəsinəçevrilib".

F. Əliyev vurğulayıb ki, bu il Azərbaycan vasitəsilə Çinə 450blok qatarın göndərilməsi planlaşdırılır: "Ortamüddətliperspektivdə bu göstəricinin illik 1000 blok qatara çatdırılmasıgözlənilir. İnanırıq ki, iki ölkə arasında qarşılıqlı səylərsayəsində bu rəqəm daha da artacaq".

Chosen
37
7
az.trend.az

8Sources