EN

Rusiyalı şahmatçı xəstəlik səbəbindən beynəlxalq turnirdə iştirakını dayandırdı

BAKI, 9 sentyabr. TELEQRAF

Rusiyalı şahmatçı Valentina Gunina xəstəlik səbəbindən Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Grand Swiss” turnirində iştirakını dayandırıb.

Teleqraf xəbər verir ki, qadın idmançı bu barədə "Teleqram" kanalında paylaşım edib.

5 turdan sonra turnirdə 52-ci yerdə olan Gunina bu sözləri qeyd edib: “Turnirdən geri çəkildim. Səhər erkəndən reysim var, sakit olmalıyam. Axşama yaxın isə həkimdə olmalıyam. Gözüm çox narahatdır, ürəyim bulanır və başım ağrıyır. Təcili yardımı gözləyirəm. Tezliklə evdə olmaq istəyirəm”.

Chosen
38
teleqraf.com

1Sources