EN

Azərbaycan üzərindən Çinə ildə 1000 blok qatar göndəriləcək

BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycan üzərindən Çinə ortamüddətli dövrdə ildə 1000 blok qatar göndərilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyinə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən 237-ci (Yivu – Bakı) qatarının qarşılanmasına həsr olunan tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib.

Onun sözlərinə görə, cari ildə Azərbaycan vasitəsilə Çinə 450 blok qatar göndərilməsi nəzərdə tutulur:
“Ortamüddətli perspektivdə bu rəqəmin illik 1000 qatara çatacağı gözlənilir. Əminik ki, iki ölkə arasında əməkdaşlığın güclənməsi ilə bu göstərici daha da yüksələcək”, – deyə o vurğulayıb.

Chosen
13
teleqraf.com

1Sources