Bakı. Trend:
Azərbaycanın yeni tarixi yaradılır. Hər birimiz Azərbaycantarixinin yaranmaqda olan parlaq səhifələrinə şahidik. Bu,Ümummmili lider Heydər Əliyev tərəfindən və Prezident İlham Əliyevtərəfindən yaradılıb.
Trend xəbərverir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovparlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən“Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrikliderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanıdeyib.
Sədr müavini vurğulayıb ki, ayrı-ayrı xalqlar və dövlətləryalnız özünün tarixini yaratmaq haqqında düşünürkən Azərbaycan vəPrezident İlham Əliyev regionun yeni tarixini, yeni mənzərəsiniyaratmaq kimi missiyanı öz üzərinə götürüb.
“Bununla əlaqədar çox şərəfli səhifələr mövcuddur. Vaşinqtondakeçirilən görüşlər, əldə olunan nailiyyətlər və bütövlükdə qələbəadlandırılacaq diplomatik nailiyyət bizim bölgəmizin, daha genişcoğrafiyanın tarixinin yaradılmasının göstəricisidir.
Azərbaycan iqtisadiyyatı 2005-2025-ci illərdə ən sürətli inkişafedən iqtisadiyyatdır. Hərbi gücə gəldikdə isə 2020-ci ildəkeçirilən müharibədə qazanılan şərəfli qələbə, ərazi bütövlüyününbərpası Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi.
Bu müddət ərzində diplomatiya sahəsində yüksək nailiyyətlər əldəedib. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqtongörüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldəedilən böyük diplomatik qələbənin yeganə müəllifi Prezident İlhamƏliyevdir.
Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq.Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adınıdaşıdığı kimi Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin adınıdaşımalıdır”, - deyə Ə.Əhmədov qeyd edib.