EN

Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir – Sahibə Qafarova

BAKI, TurkicWorld

Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir.

TurkicWorld xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton razlaşmaları yalnız ABŞ-Azərbaycan əlaqələrinin inkişafına və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib:

"Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".

O bildirib ki, ABŞ-Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:

"ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir".

Chosen
47
3
turkic.world

5Sources