Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətaiprospektində təmir işlərinə başlanılıb.
Trend bubarədə AAYDA-ya istinadən xəbər verir.
Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimovküçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlikhissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdəhazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsiişləri həyata keçirilir.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdətutulur:
- Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yenisəki daşlarının düzülməsi,
- Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi,
- Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihəhündürlüyünə qaldırılması və yenilənməsi,
- Yeni baxış qapaqları və yağış barmaqlıqlarınınquraşdırılması.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyatakeçirilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinintəhlükəsiz və nizamlı təşkili məqsədilə üfüqi nişanlama xətlərininçəkilməsi təmin olunacaq.