Bakının Xətai prospektində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1740 metrlik hissəsini əhatə edir.
Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Məlumata əsasən, layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
- Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi,
- Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi,
- Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi,
- Yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması.