EN

Azərbaycan regionun iqtisadi inkişafında öz rolunu daha da genişləndirə bilər - Çen Dunsyao

Bakı. Trend:

Azərbaycanın bütün regionda iqtisadi əməkdaşlığın inkişafındadaha mühüm və konstruktiv rol oynamaq perspektivləri var.

Trend xəbər verirki, bunu Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutunun prezidenti ÇenDunsyao “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-ininstitusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cüsessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Azərbaycan regional əlaqəliliyə, ocümlədən, Orta Dəhlizə, eləcə də, öz proqramlarının Pekinintəşəbbüsü olan “Bir kəmər, Bir Yol” layihəsi ilə inteqrasiyasınaböyük önəm verir.

Çen Dunsyao qeyd edib ki, Azərbaycan hökuməti bazar amillərinin,kapitalın, xidmətlərin, həmçinin, investisiyaların axınının və yadaha sərbəst hərəkətinin ölkə iqtisadiyyatının daha da inkişafınatöhfə verəcəyini tam şəkildə anlayır.

O, həmçinin, Pekinin Azərbaycanla daha sıx iqtisadi və siyasiəlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulayıb.

Məqalədə:
Chosen
25
1
az.trend.az

2Sources