EN

Rusiya klubu "Fənərbaxça"nın müdafiəçisini transfer etdi

Qana millisinin müdafiəçisi Aleksandr Djiku "Spartak"a keçib.

Operativ Media xəbər verir ki, bu haqda Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu Moskva təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Sentyabrın 8-də Türkiyə Futbol Federasiyası Cikunun 2023-cü ilin yayından çıxış etdiyi “Fənərbaxça”dan ayrıldığını açıqlayıb. Futbolçu “Fənərbaxça”nın heyətində bütün turnirlərdə 75 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ciku karyerasının əvvəlində Fransanın “Strasburq”, “Kan” və “Bastiya” klublarında da çıxış edib.

Chosen
19
operativmedia.az

1Sources