Qana millisinin müdafiəçisi Aleksandr Djiku "Spartak"a keçib.
Operativ Media xəbər verir ki, bu haqda Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu Moskva təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Sentyabrın 8-də Türkiyə Futbol Federasiyası Cikunun 2023-cü ilin yayından çıxış etdiyi “Fənərbaxça”dan ayrıldığını açıqlayıb. Futbolçu “Fənərbaxça”nın heyətində bütün turnirlərdə 75 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ciku karyerasının əvvəlində Fransanın “Strasburq”, “Kan” və “Bastiya” klublarında da çıxış edib.